Her çanta bir naxışdan başlayır.
Bir ornamenti gördüyüm anda hiss edirəm ki, ondan xüsusi bir model yaranacaq. Milli naxışlarla işləməyi çox sevirəm. Onlarda dərinlik, güc və nəsildən-nəslə ötürülən bir tarix yaşayır. Mənim üçün bu ruhu qorumaq və onu müasir formada təqdim etmək çox önəmlidir.
Yeni bir modelə başlayanda, onu daşıyacaq xanımı təsəvvür edirəm. Onun üslubunu, xarakterini və həyat ritmini düşünürəm. Gözümün önündə canlandırıram ki, bu çantanı əlinə necə alacaq, onu fərqli geyimlərlə necə uyğunlaşdıracaq. Materialları diqqətlə seçir, formanı və hər bir detalı incəliklə planlaşdırıram. Astarına, furniturasına və tikişlərin səliqəsinə xüsusi diqqət yetirirəm. Mənim üçün çanta yalnız gözəl deyil, eyni zamanda gündəlik istifadədə rahat və funksional olmalıdır.
Bəzən bir model üzərində iş bir neçə gün davam edir. Mən tələsmirəm, çünki əl işi səbir və diqqət tələb edir. Elə olur ki, daha mükəmməl alınsın deyə bəzi detalları yenidən işləyirəm. Çünki nəticənin həqiqətən layiqli olması mənim üçün çox vacibdir.
Çanta hazır olanda ona xüsusi bir hisslə baxıram. Onun içində zəhmət, zaman və qəlbimin bir parçası var.
"KHALCHALI" — ənənələrə, əl əməyinə və mənim işimi seçən insanlara olan hörmətin ifadəsidir.
Каждая сумка начинается с узора.
Я вижу орнамент и сразу чувствую, что из него получится особенная модель. Я люблю работать с национальными орнаментами. В них есть глубина, сила и история, которая передается из поколения в поколение. Для меня важно сохранить это наследие и показать его в современном образе.
Когда я начинаю новую модель, я представляю девушку, которая будет носить эту сумку. Думаю о ее стиле, о ее характере, о ее ритме жизни. Представляю, как она возьмет эту сумку в руки, как будет сочетать ее с разной одеждой. Я выбираю материалы, продумываю форму и каждую деталь. Обращаю внимание на подкладку, фурнитуру, аккуратность шва. Для меня важно, чтобы сумка была не только красивой, но и удобной в повседневной жизни.
Иногда работа занимает несколько дней. Я не спешу, потому что ручная работа требует терпения и внимания. Бывает, что я что-то переделываю, если чувствую, что можно сделать лучше. Для меня важно, чтобы результат был действительно достойным.
Когда сумка готова, я всегда смотрю на нее с особым чувством. В ней труд, время и часть моей души.
"KHALCHALI" — это уважение к традициям, к ручной работе и к тем, кто выбирает мою работу.
Every bag begins with a pattern.
When I see an ornament, I immediately feel whether it can grow into something truly special. I am especially drawn to traditional motifs. They hold depth, quiet strength, and stories that have been passed down from generation to generation. Preserving this heritage and gently reimagining it in a modern form is deeply important to me.
When I begin creating a new piece, I imagine the woman who will carry it. I think about her style, her character, the rhythm of her everyday life. I picture how she will hold the bag, how she will pair it with different outfits, how it will become part of her story. I carefully select the materials, consider the shape, and pay attention to every detail — the lining, the hardware, the precision of each stitch. It matters to me that the bag is not only beautiful, but also comfortable and practical for daily life.
Sometimes the process takes several days. I don’t rush. Handmade work asks for patience, care, and presence. There are moments when I redo something if I feel it could be better. What matters most is that the final result feels honest and truly worthy.
When a bag is finished, I look at it with a special tenderness. It carries time, dedication, and a small piece of my soul.
“KHALCHALI” is respect for tradition, for craftsmanship, and for those who choose my work.